Yanev: “Qarabağ”la oyun fərqli olacaq”

21.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Bolqarıstanın ÇSKA komandasının baş məşqçisi Xristo Yanev Avropa Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis çempionatda “Slaviya” ilə oyundan (0:0) sonra bunları deyib:

“Qarabağ” ciddi komandadır, Çempionlar Liqası səviyyəsində kollektivdir. Onların üç oyununu izləmək imkanım oldu. Tamam fərqli üslubları var. İndi liqadakı matçı unudub, bu görüşə köklənməliyik. “Qarabağ”la oyun fərqli olacaq”.

İyulun 23-də keçiriləcək “Qarabağ” – ÇSKA oyununa saat 20:00-da start veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью