Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Bolqarıstanın ÇSKA klubu Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda bu gün “Qarabağ”ı qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, Sofiya təmsilçisinin baş məşqçisi Xristo Yanev Bakıdakı ilk matçdakına bənzər taktika ilə meydana çıxacaq. Bu barədə “Tema Sport” portalı məlumat yayıb. Mütəxəssisin bu dəfə də üçlü müdafiə sistemi ilə oynayacağı gözlənilir.
Heyətdə tək dəyişiklik hücum xəttində ola bilər. Yanev çempionat matçında “Botev”ə qarşı iki qol vuran Joel Şvarzı bu gün əsas heyətdə meydana buraxa bilər.