Yanğın 16 saata söndürüldü: 1 erməni öldü, 6 sı yaralandı

08.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Fevralın 8-də, saat 04 radələrində Ermənistanın Cəlaloğlu (1924-cü ildə adı Stepanavana dəyişdirilib – red.) şəhərində binalardan birində baş verən yanğın 20:00 radələrində söndürülüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan DİN-in Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, xilasedicilər bir nəfərin yanmış meyitini tapıb, 6 nəfər isə xəstəxanalara yerləşdirilib.

Yanğın 450 kv.m sahəni əhatə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью