Yanğın 3 gündən sonra söndürüldü

28.11.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çinin xüsusi inzibati bölgəsi (SAR) Honq-Konqda yaşayış kompleksində 90-dan çox insanın həyatına son qoyan yanğın tamamilə söndürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. 

"Yanğın söndürülüb, xilasetmə əməliyyatları davam etdirilir və bütün mənzillərə baxış keçirilir", - deyə məlumatda bildirilir.

Son məlumatlara görə, yanğın zamanı 94 nəfər həlak olub.

Məlumata görə, yanğın kompleksin abadlaşdırılması planı çərçivəsində binaların ətrafına ucaldılmış bambuk iskelelərdən başlayıb və yayılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью