Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq. Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktor
Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi iclasda şahid qismində din
Yanğın baş verən otaqda doqquz körpə var idi. İşə gələndə uşaqları müayinə etdim. Bir müddət sonra şüşədə alovun əksini gördüm.
Əvvəlcə elə bildim ki, çöldə nəsə yanır. Daha sonra yaxınlaşdım və yanğın olduğunu müəyyən etdim. Küvəzlər pəncərəyə yaxın idi.
Köməyə gələnlərlə birlikdə alovu söndürməyə çalışdıq. Otağa qatı tüstü dolmuşdu.
Yanğınsöndürən balonu gətirən oğlan özündən gedib yerə yıxıldı. Həmin vaxta qədər beş körpəni təxliyyə etmişdik”.
Şahid əlavə edib ki, mərkəzdə işlədiyi 30 il ərzində ilk dəfə belə hadisə ilə qarşılaşıb: “Tibb bacıları bir neçə nəfəri cərəyan vurduğunu demişdilər.
Həmçinin otaqlarda Elektrik uzadıcılarından istifadə olunurdu”. Növbəti iclas noyabrın 3-nə təyin edilib.