Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər 2026-cı ilin ilk 8 ayında 2 milyon 833,4 min manata çatıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, ötən ilin eyni dövründə 1 milyon 815,8 min manat ödəniş həyata keçirilmişdi.
Beləliklə, ödənişlər 1 milyon 17,6 min manat və ya 56% artıb.
Sığorta haqları da yüksək templə – 32,7% artaraq 54 milyon 644,7 min manatdan 72 milyon 530,9 min manata yüksəlib.
Ödənişlərin yığımlara nisbəti 3,3%-dən 3,9%-ə çatıb