Yanğın zamanı xəsarət alan kafe sahibi xəstəxanada öldü

25.02.2026

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Yevlaxda yanğın zamanı xəsarət alan kafe sahibi müalicə aldığı xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, hadisə ötən gün Aran qəsəbəsində baş verib. Yanğın zamanı müxtəlif bədən xəsarətləri alan 1969-cu il təvəllüdlü Ruslan  Sadlqov Rayon Xəstəxanasında ilkin yardım aldıqdan sonra paytaxt klinikalarından birinə köçürülüb. Amma orda onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью