Yanğına bir neçə saat qalmış çəkdirdikləri fotonu paylaşdı

30.11.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Dünyanın tərsinə çevrilməsindən bir neçə saat əvvəlki son şəkilimiz. Bu gün isə məzarın başında idim".

Milli.Az xəbər verir ki, bu sözləri noyabrın 21-də Yasamalda baş verən yanğında həlak olan Samir Məmmədovun həyat yoldaşı Marta Ramazanova öz "Facebook" hesabında yazıb.

O, həyat yoldaşının ölümündə günahı olanlara səslənib: "Daha neçə tapdalanmış həyata ehtiyacınız var ki, doyasınız?

Bu ölümlərin günahkarı sizsiniz və bunu çox yaxşı bilirsiniz", - deyə o bildirib.

Xatırladaq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı 3 nəfər həlak olub, 27 nəfər isə tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb. /Musavat.com

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью