Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğına görə təqsirləndirilən mərkəzin keçmiş direktoru Mehriban Abasquliyeva, şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədlinin məhkəməsinin növbəti prosesi keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın vəkili Əliövsəd Abasov çıxış edərək hakimə bildirib: "Noyabrın 14-də sizə müraciət etmişəm mütəxəssisin iştirakı ilə hadisə yerinə baxış keçirək.
Bizi mərkəzə içəri buraxmırlar". Hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən şəxs Mehriban Abasquliyevaya sərbəst ifadə verməyi təklif e
Təqsirləndirilənin vəkilləri isə müvəkkillərinin hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildiriblər.
Məsələyə münasibət bildirən dövlət ittihamçısı Orxan Səmədov Mehriban Abasquliyevanın ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsini xahiş etdi.
İttiham aktından məlum olub ki, Mehriban Abasquliyeva cəmi 11 ay Perinetal Mərkəzin direktoru işləyib.
Ancaq vəkil Əliövsəd Abasov müvəkkilinin ibtidai istintaqda verdiyi sonuncu ifadəsinin elan olunmasını istəyib və hakim vəkilin təklifi ilə razılaşıb nəinki sonuncu ifadəsini onun verdiyi bütün ifadələri elan edib.