Yanğında körpəsini itirən ana da vəfat etdi

19.06.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Culfada 8 gün əvvəl baş verən yanğında xəsarət alan gənc qadın xəstəxanada həyatını itirib.

Modern.az xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova iyunun 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.

Xatırladaq ki, hadisə iyunun 11-də Culfa şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verən yanğın zamanı qeydə alınıb. Yanğın nəticəsində 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalov da həyatını itirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью