Yanğında sahibkarlara dəyən ziyan necə ödəniləcək? AÇIQLAMA

25.08.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Sədərək Ticarət Mərkəzinin anbarında baş verən böyük yanğında bir çox sahibkara maddi ziyan dəyib. Bu kimi hallarda sahibkarlara dəyən ziyanı kim qarşılayır.
Vəkil Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, işin hallarını bilmək mütləqdir:
"Yanğın ya kiminsə etinasızlığı üzündən baş verib, ya da qəsdən törədilib. Əgər yanğın təsadüfən baş veribsə, bu halda heç kimin günahı yoxdur və dəyən ziyan şəxslərin özü tərəfindən ödənilir. Kimsə yanğını qəsdən törədibsə, dəyən ziyanı həmin şəxs qarşılamalıdır. Məhsullar əvvəlcədən sığorta şirkəti tərəfindən sığortalanmışdısa, o zaman dəyən ziyanı sığorta şirkəti ödəyəcək".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью