Yanğında xəsarət alan nənə və nəvə Bakıya gətirildi

02.10.2025

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdam rayonunda baş verən yanğında xəsarət alan nənə və nəvə Bakıda xəstəxanaya yerləşdirilib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Quzanlı qəsəbəsində gecə saatlarında fərdi yaşayış evində baş verən yanğın nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü Zibeydə İsmayılova və 2013-cü il təvəllüdlü Nəzrin İsmayılova Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Müayinə zamanı Z.İsmayılovaya hər iki yuxarı ətrafın, hər iki bazu ilə hər iki əlin 1-ci və 2-ci dərəcəli texniki yanığı, N.İsmayılovaya isə üzün hər iki yuxarı ətrafının 1-ci dərəcəli texniki yanığı diaqnozu qoyulub. Marqarita pizza

Dərhal ilkin tibbi yardım göstərildikdən sonra onlar Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasına göndərilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью