Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binası yanır.
“Qafqazinfo”nun məlumatına görə, təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən bina sakinləri təxliyə edilir.
Yanğınla mübarizə tədbirlərində FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri iştirak edir.