Yanğını birinci mən gördüm, qışqırdım Perinatal mərkəzdə körpələrin ölümü ilə bağlı MƏHKƏM…
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğın hadisəsi üzrə məhkəmə prosesi davam edir.
Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda yanğın zamanı hadisənin əsas şahidlərindən biri - mərkəzdə neonatoloq kimi çalışan Validə Əliyeva ifadə verib.
Validə Əliyeva bildirib ki, yanğın onun nəzarət etdiyi otaqda başlayıb: "Yanan otaqda doqquz körpə var idi.
Mənim nəzarətimdə olan uşaqlar oksigendən asılı vəziyyətdə idilər. Körpələri yoxladıqdan sonra üzbəüz otağa keçdim.
Otağın şüşəsindən alovun əksini gördüm, əvvəlcə elə bildim, çöldə nəsə yanır. Çıxanda gördüm ki, yanğın otağın içindədir.
Yanğını birinci mən gördüm, qışqırdım, kömək çağırdım. Deyəsən yanğın küvezin altından baslamışdı".
Şahid ifadəsində onu da bildirib ki, hadisə zamanı ilkin olaraq yanğını özləri söndürməyə cəhd ediblər: "Su və adyallar gətirdik, amma vəziyyət çox ağır idi.
Tam oxu
Xəbəri oxu