Icma.az, Bakupost portalına istinadən məlumat verir. Respublika Perinatal Mərkəzdə baş vermiş yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edil
Sözügedən xəstəxanada neonatoloq kimi işləmişəm. Növbədə iki tibb bacısı və iki sanitarka çalışırdı.
Mən iki otağa, Leyla xanım isə digər iki otağa baxırdı. Növbəmiz axşam saat 2-də başlamışdı.
Həmin gün uşaq çox idi və dörd otaq işlək vəziyyətdə idi. Yanğın baş verən otaqda doqquz uşaq var idi.İşə gələndə uşaqları müayinə etdim.
Hadisənin dəqiq vaxtını deyə bilmirəm. Bir müddət sonra baxanda şüşədə alovun əksini gördüm. Əvvəlcə elə bildim ki, çöldə nəsə yanır.
Daha sonra yaxınlaşdım və yanğın olduğunu gördüm. Yanğını ilk mən görmüşəm. Qışqıraraq qaçıb kömək çağırdım.
Həmin vaxt şüuraltı bilmirəm mənə nə oldu, çox qorxdum. Küvəzlər pəncərəyə yaxın idi.
Köməyə gələnlərlə birlikdə su ilə alovu söndürməyə çalışdıq.Sonra Leyla xanım "yanğınsöndürən balonu gətirin" deyə qışqırdı.