Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kanadanın Şimal-qərbi Territories bölgəsində meşə yanğınlarına müdaxilə edən yanğınsöndürmə təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, Kanada polisi Şimal-qərbi Territories bölgəsində meşə yanğınlarının söndürülməsi əməliyyatlarına dəstək verən təyyarənin qəzaya uğradığını açıqlayıb.
Polis bildirib ki, qəza nəticəsində sağ qalan olmayıb və təyyarədə olan 3 nəfərin hamısı həlak olub.
Kanada polisi həyatını itirən şəxslərin ailələrinə başsağlığı verib.
Qeyd edək ki, Bölgədə iyunun 23-də başlayan meşə yanğını təxminən 100 hektar ərazini əhatə edib. Hələ də nəzarət altına alınmayan yanğının təbii səbəblərdən baş verdiyi ehtimal edilir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin