Yanğınla əlaqədar Azərbaycan konsulluğuna müraciət daxil olmayıb RƏSMİ

11.01.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Los-Ancelesdə baş verən yanğınlarla əlaqədar bölgədə yaşayan 150 min sakinə təxliyə əmri verilib.Yanğınlar nəticəsində 10 mindən çox mülk zərər görüb və bu rəqəmin yaxın günlərdə daha da artacağı gözlənilir.

Qeyd edək ki, hadisə ilə əlaqədar Azərbaycanın Los-Ancelesdəki konsulluğu da təxliyə edilib.

Bəs yanğınla əlaqədar ABŞ-dəki Azərbaycan səfirliyinə və ya konsulluğa müraciət daxil olubmu?

Modern.az mövzu ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, köçürülmə tələbi ilə bağlı Azərbaycan Respublikasının konsulluq yaxud səfirliyinə hərhansı müraciət daxil olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью