Yanğınlar Türkiyənin kurortlarına da çatıb VİDEO

25.07.2025

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az bu barədə məlumat yayan “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, Antalyada iki yanğın hadisəsi qeydə alınıb. Yanğının söndürülməsinə yanğınsöndürən təyyarələr və helikopterlər cəlb olunur.
Muratpaşa rayonunda güclənən yanğının söndürülməsi üçün genişmiqyaslı quru və hava əməliyyatları aparılır.
Karabük rayonunda isə 14 kəndin sakinləri təxliyə edilib. Türkiyənin Fövqəladə Hallar nazirliyi gücləndirilmiş iş rejimində işləyir, yanğınların lokallaşdırılması və söndürülməsi üçün bütün lazımi tədbirləri görür.


Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью