Yanğınlara görə Oskarda dəyişiklik

09.01.2025

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Oskar" mükaftlarının namizədlərinin açıqlanması ərtələnib.

Axşam.az xəbər verir ki, buna səbəb Koliforniya ştatında baş vermiş meşə yanğınlarıdır.

Bildirilib ki, namizədlərin adları yanvarın 17-si deyil, 19-da elan ediləcək. Həmçinin, qaliblərin seçilməsi üçün səsvermə müddəti iki həftə - yanvarın 8-dən 14-dək uzadılıb.

Qeyd edək ki, 97-cisi keçiriləcək gecənin aparıcısı komediyaçı Konan O'Brayen olacaq.

Onu da əlavə edək ki, yanğınlar səbəbindən ABŞ-nin hazırki Prezidenti Co Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib. Hollivud ulduzu Entoni Hopkins, müğənni, model Peris Hilton, aktyorlar Ceyms Hovard Vuds, Spenser Uilyam Prattın da evləri kül olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью