Yanğınları söndürməklə məşhur olan qadın günahkar çıxdı

24.11.2026

Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.


Yanğınları söndürməklə məşhur olan qəhrəman qadın özü yanğın törədibmiş.

Medicina.az xəbər verir ki, 33 yaşlı Ong Siew Hoon ərazidə yanğınlarla cəsarətlə mübarizə aparan qəhrəman qadın kimi tanınırdı.

Sinqapur sakini dəfələrlə mənzil binasının zibil qutusundakı yanğınları söndürüb. Xanım yanğın şlanqlarından necə istifadə etməyi öyrəndiyini və yanğın olmadığından əmin olmaq üçün zibil qutusunu demək olar ki, hər saat yoxladığını bildirib.

Ong hətta bu xidmətinə görə, Sinqapur mükafatı olan "İcma İlk Müdaxilə Mükafatı"na namizəd göstərilib.

Lakin bu yaxınlarda hakimiyyət nümayəndələri onun yanğını söndürmək və məşhurlaşmaq üçün özünün yanğın təşkil etdiyindən şübhələniblər. Günahı sübut olunarsa, Ongu 7 ilə qədər həbs gözləyir.

Aygün Musayeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью