Yanğınların səbəbi iqlim dəyişikliyi deyil Mask

12.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Kaliforniyanın Los-Anceles şəhərində yanğınların yayılmasının əsas səbəbi iqlim dəyişikliyi deyil, hakimiyyət orqanlarının səhlənkarlığıdır.

Axar.az Publika.az-a istinadə xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Əgər iqlim dəyişikliyi ilə bağlı izahatlar doğru olsaydı, meşə sahəsi Kaliforniyadan iki dəfə böyük olan Texasda iki dəfə çox ev yanğınları baş verərdi", - deyə sahibkar bildirib.

O qeyd edib ki, Kaliforniya ştatının hakimiyyət orqanları təbii yanğınlara hazır deyil:

"Bölgədə yanğından mühafizə vasitələri və kifayət qədər su ehtiyatı yox idi".

Mask əmindir ki, bu, dəhşətli səhlənkarlığın təzahürüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью