“Yango” faizləri kəskin artırdı, sürücülər etiraz etdi

06.08.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

“Yango”nun xidmət haqqını (23 faizdən yuxarı) artırması taksi sürücülərinin narazılığına səbəb olub. Onların sözlərinə görə, komissiya faizləri kəskin şəkildə yüksəldilib və bu dəyişiklik barədə əvvəlcədən məlumat verilməyib.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Pravda.az-a açıqlama verən “Yango Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Rüstəm Əzimov deyib ki, xidmətin iş şərtləri hər zaman tələb və təklif arasında yüksək tarazlığı qorumaq məqsədilə formalaşdırılır.

O qeyd edib ki, şirkət üçün platforma ilə əməkdaşlığın bütün tərəfdaşlar üçün etibarlı və qarşılıqlı faydalı qalması prinsipial əhəmiyyət daşıyır: “Bu gün əsas prioritetimiz sürücüləri fasiləsiz sifariş axını ilə təmin etmək və xidmətin yüksək keyfiyyətini qoruyub saxlamaqdır. Sərnişin axınının davamlı artımı və səfərlərin səmərəli şəkildə bölüşdürülməsi sayəsində sürücülərin növbə ərzində orta qazancı sabit və yüksək səviyyədə qalır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью