Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda nüfuzlu beynəlxalq CAMCA Forumu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, forum dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertləri, sahibkarları və dövlət nümayəndələrini bir araya gətirib.
Tədbirin əsas tərəfdaşlarından biri beynəlxalq texnologiya şirkəti “Yango Group” olub. Forum çərçivəsində keçirilən panel müzakirələrində şirkətin rəhbər şəxsləri vahid texnoloji platformanın konkret bazarda şəhər infrastrukturuna, insanların gündəlik vərdişlərinə və ehtiyaclarına necə uyğunlaşdırıldığından danışıblar. Bu yanaşmanın əsasını yerli ekspertiza və yerli bizneslə qurulan tərəfdaşlıqlar təşkil edir.
“Yango” nümayəndələrinin çıxışlarının əsas mövzusu süni intellekt dövründə qabaqcıl texnologiyaların vahid standart üzrə tətbiq edilə bilməməsi olub. Texnologiyalar hər bir bazarın infrastrukturunu, insanların gündəlik vərdişlərini və ehtiyaclarını nəzərə alaraq yerli xüsusiyyətlərə uyğunlaşdırılmalıdır.
“Yango Group”un Biznesin İnkişafı üzrə direktoru Adeniyi Adebayо texnologiyaların yerli mühitə uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayıb: “Hər bir ölkə, xalq və mədəniyyət qlobal texnologiyaların öz ehtiyaclarına necə uyğunlaşdırılacağını müəyyən edir. Məhz bu yanaşma “Yango”nun fəaliyyətinin əsasını təşkil edir. Texnoloji modellər qlobal ola bilər, lakin məhsullar yerli olmalıdır. Qlobal səriştədən yerli aktuallığa keçid sürətlə inkişaf edən iqtisadiyyatlar üçün mühüm mərhələdir”.
Forum zamanı rəqəmsal platformaların iqtisadiyyatın mərkəzsizləşdirilməsindəki (desentralizasiyasındakı) roluna da xüsusi diqqət yetirilib. Bu mövzu Azərbaycanın ölkə regionlarının sosial-iqtisadi inkişafına yönəlmiş genişmiqyaslı dövlət proqramları ilə də səsləşir.
“Süni intellekt və rəqəmsal xidmətlər iqtisadiyyatın paytaxtlardan kənarda inkişafı qarşısındakı maneələri aradan qaldırır”, — deyə Adebayо qeyd edib. “Bu gün regionlarda yaşayan insanlar internetdən fəal istifadə edir və rahat, müasir rəqəmsal şəhər xidmətlərinə çıxış gözləyirlər. Məqsədimiz yalnız böyük şəhərlərdə deyil, bütün ölkə ərazisində infrastrukturun inkişafına və həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verən texnoloji həllər təqdim etməkdir”.
“Yango Group” un Azərbaycandakı strategiyası yalnız qabaqcıl alqoritmlərin tətbiqinə deyil, həm də yerli tərəfdaşlarla sıx əməkdaşlığa əsaslanır.
“Yango Group”un dövlət əlaqələri və strateji tərəfdaşlıqlar üzrə regional direktoru Urxan Seyidov forum iştirakçılarına və biznes ictimaiyyətinə müraciət edərək bildirib: “Fəaliyyətimizin əsasını etibarlı tərəfdaşlıqlar təşkil edir. Biz qlobal texnoloji platformadan istifadə edir, eyni zamanda yerli ekspertizaya əsaslanır və yerli bizneslə çiyin-çiyinə çalışırıq. Yalnız qlobal təcrübəni yerli xüsusiyyətlərin dərindən anlaşılması ilə birləşdirməklə bazar və ölkə sakinləri üçün real dəyər yaradan xidmətlər formalaşdıra bilərik”.
“Yango Group” un CAMCA Forumunda baş tərəfdaş qismində iştirakı şirkətin Azərbaycanın iqtisadiyyatına uzunmüddətli investisiya yatırmaq, ölkədə kadr potensialının inkişafına töhfə vermək və ən yüksək keyfiyyət standartlarına, eləcə də milli maraqlara cavab verən rəqəmsal məhsullar yaratmaq niyyətini bir daha təsdiqləyir.
“Yango Group” haqqında
“Yango Group” - qərargahı Dubayda yerləşən və bütün dünyada qabaqcıl texnologiyaları yerli icmaların ehtiyaclarına uyğunlaşdıran beynəlxalq texnologiya şirkətidir. Şirkət Afrika, Latın Amerikası, Avropa, Yaxın Şərq, Cənubi Asiya və digər regionların 35-dən çox ölkəsində mobillik, çatdırılma, fudtex, əyləncə və digər rəqəmsal xidmətləri inkişaf etdirir.