“Yanımda pivə içməzdi” Ərdoğan

09.12.2024

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Ramazan ayında Şröder mənim oturduğum masada pivə içməzdi”.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep vilayətində gənclərlə söhbəti zamanı deyib.
“Almaniyada çox yüksək qiymətləndirdiyim, hətta daha da irəli gedəcəyəm, bsevdiyim lider Şröderdir. Şröderin bizə olan hörməti çox fərqli idi. O, yaxşı lider idi. Onun bizimlə münasibətləri də çox fərqli idi, - Ərdoğan bildirib.
Ərdoğan Şröderin Almaniya siyasətində çox güclü mövqeyi və yeri olduğunu da bildirib.
“Məsələn, Ramazan ayında Şröder mənim oturduğum masada pivə içməzdi. Elə çox hörməti olan bir insan idi. Fərqli bir insan idi. Məsələn, biz hələ də Şröderlə dialoqumuzu davam etdiririk. Hətta vaxtaşırı Türkiyəyə də gəlir. Amma Şröderin Almaniya siyasətində çox güclü mövqeyi və yeri var. Arzum budur ki, Türkiyə siyasətində Şröder kimi siyasətçilər olsun”, - Ərdoğan deyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью