Yankoviç oynadı, komandası qalib gəldi

03.10.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yankoviç oynadı, komandası qalib gəldi

UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, C Liqasında yarışan Monteneqro millisi səfərdə Latviyanın qonağı olub. Matç Monteneqronun qələbəsi ilə başa çatıb. 

Latviya - Monteneqro - 1:2
Qollar:
Adziç, 3 (0:1); 56 (0:2), Strods, 82 (1:2)

Monteneqro yığmasına dəvət alan “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan Yankoviç 61-ci dəqiqədə Viktor Djukanoviçlə əvəzlənib. 

Qeyd edək ki, ardıcıl üçüncü qələbəsini qazanan Monteneqro millisi 9 xalla qrupun vahid lideridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью