Yankoviç Qarabağ dakı gələcəyindən danışdı

04.06.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yankoviç "Qarabağ"dakı gələcəyindən danışdı

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Ağdam klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

QOL.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi ölkəsinin “Vijesti.me” portalına açıqlamasında "Qarabağ"la 1 illik müqaviləsinin qaldığını xatırladıb:

“Klubdakı gələcəyimlə bağlı hələlik heç nə dəyişməyib. Müqaviləmin bitməsinə bir il qalıb. Hazırda “Qarabağ”dayam. Transfer bazarında nəsə baş verə bilər, amma bu məni narahat etmir. Slovakiya ilə qarşıdakı yoldaşlıq oyununda yaxşı oynamağa diqqət yetirəcəm. Sonra istirahət edəcəyəm və bundan sonra necə olacağını görəcəyik”.

Qeyd edək ki, 2022-ci ildən “Qarabağ”da çıxış edən 30 yaşlı futbolçunun klubla 2027-ci il iyununa qədər müqqaviləsi var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью