Yankoviç “Qarabağ”dan ayrılacaqmı?

30.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Yankoviç “Qarabağ”dan ayrılacaqmı?

Son günlər “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin komandadan ayrıla biləcəyinə dair çoxsaylı məlumat yayılıb.

QOL.az xəbər verir ki, həmin məlumatlarda Bolqarıstanın SSKA, Türkiyənin “Çorum” klublarının 31 yaşlı monteneqrolu ilə yaxından maraqlandığı iddia edilib.

Bəs, Yankoviçin bu yay transfer pəncərəsi dövründə “Qarabağ”dan getmək ehtimalı nə qədərdir?

QOL.az saytı bu barədə klubdan məlumat əldə edib. Bizə məlum olub ki, Yankoviçə xarici klublardan həqiqətən maraq olsa da, onun 2026/27 mövsümündə komandadan ayrılacağı gözlənilmir. Futbolçu ən azı bu mövsümün sonunadək “Qarabağ”ın uğurları üçün çalışacaq.

Əlavə edək ki, Yankoviçin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью