Yankoviç yeni mövsümə harada başlayacaq? SON DURUM

06.04.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçin növbəti mövsümə harada başlayacağı futbolsevərləri maraqlandıran əsas mövzulardandır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, monteneqrolu yarımmüdafiəçinin xidmətində bir neçə tanınmış Avropa klubları, o cümlədən Zaqreb "Dinamo"su və "Panatinaikos" maraqlı olsalar da, Ağdam təmsilçisi onu buraxmaq niyyətində deyil.

"Ağ-göylər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq Marko yalnız onu istəyən klublar Azərbaycan təmsilçisinin tələb etdiyi məbləği ödəməyə razı olacaqları halda, sayıla bilər. Hərçənd bunun baş verəcəyi də o qədər də inandırıcı deyil. Artıq "Dinamo" "qəpik-quruş"la bu keçidi həll edə bilməyəcəyi barədə məlumatlıdırsa, "Panatinaikos"u da eyni aqibət gözləyir.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 31 matça çıxan Yankoviç 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью