Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının 8-ci turunda "Karvan-Yevlax"ı qəbul edən "Sumqayıt" 4:1 hesablı qələbə qazandı.
Bu oyunda "kimyaçılar"ın gənc yarımmüdafiəçisi Nihat Əhmədzadə artırılan vaxt da daxil olmaqla, 23 dəqiqə meydanda oldu.
Maraqlıdır ki, Nihat əvvəlki matçlarda olduğu kimi, yenə 70-ci dəqiqədə Aleksa Yankoviçi əvəzlədi.
19 yaşlı futbolçu ilə əlaqə saxlayıb oyun barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlamasını təqdim edirik: "Meydana girəndə məqsədim oyuna enerji qatmaq idi. Komandaya kömək etməyə çalışdım.
"Karvan-Yevlax" yaxşı mübarizə apardı, amma biz də sonadək istəklə oynadıq.
Mənim üçün hər dəqiqə vacibdir, o 23 dəqiqəni də maksimum dəyərləndirməyə çalışdım".