Yankoviçin millisi qələbə qazandı

28.09.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Yankoviçin millisi qələbə qazandı

UEFA Millətlər Liqasında qrup mərhələsinin 2-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu günə 4 qrup üzrə nəzərdə tutulan 8 oyundan üçü artıq başa çatıb.

"Qarabağ"ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro Ermənistan yığması ilə qarşılaşıb. Görüş Monteneqronun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Marko Yankoviç matça start heyətində başlayıb və sona qədər meydanda olub.

Latviya Kiprlə qolsuz heç-heçəyə razılaşıb - 0:0.

Azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi Gürcüstan - Ukrayna matçında da komandalar fərqlənə bilməyib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, II tur

B Liqası

2-ci qrup

20:00. Gürcüstan - Ukrayna - 0:0

C Liqası

2-ci qrup

20:00. Ermənistan - Monteneqro - 2:3

Qollar: Serobyan, 34, Spertsyans, 65 - Piloyan, 20-avtoqol, Krstoviç, 38, Latkoviç, 89

20:00. Latviya - Kipr - 0:0

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью