Yankoviçin “Qarabağ”da taleyi necə olacaq? Klubdan ə AÇIQLAMA

29.09.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağdamın “Qarabağ” futbol komandasının Marko Yankoviçlə müqaviləni yeniləyəcəyi iddia olunur.

İdman.Biz xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq monteneqrolu yarımmüdafiəçi ilə bağlı Ağdam təmsilçisinin qərarını verdiyi və əməkdaşlığı davam etdirmək istədiyi barədə məlumat yayılıb.

İddialara görə, tərəflər arasında danışıqlar davam edir. Yeni müqavilənin ən azı 1-2 il müddətinə imzalanması planlaşdırılır.

Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidməti İdman.Biz-in sorğusuna cavab olaraq bildirib ki, hər hansı futbolçunun müqaviləsinin uzadılması ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə, klub bunu rəsmi şəkildə açıqlayacaq.

Qeyd edək ki, Marko Yankoviç 2022-ci il iyulun 1-dən “Qarabağ”da çıxış edir. Monteneqro millisinin üzvü olan yarımmüdafiəçi Ağdam klubunun əsas heyətinin aparıcı futbolçularındandır.

İlqar Şabanov

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью