Yanlış idarəetmə Space TV ni çətin vəziyyətə saldı

30.07.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Space TV-nin baş direktoru Ayaz Mustafayev telekanalda üzləşdikləri problemlərdən danışıb.

Axşam.az xəbər verir ki, o, bu barədə "Media masası" verilişində qonaq olarkən açıqlama verib. A.Mustafayev kanalda maaş problemi olması haqda sualları cavablandırıb.

O bildirib ki, mayın əvvəlində Space TV-yə rəhbər təyin olunub və kanalı böyük tarixə malik media qurumu hesab edir:

"Space TV yaşına və təcrübəsinə görə ağsaqqal telekanaldır. Bu il 30 yaşını qeyd edəcək. 90-cı illərin sonunda çox maraqlı layihələri olub. Bu gün Xalq artisti adını alan, kifayət qədər tanınmış xanəndələr var ki, Space TV sayəsində tanınıblar. "AzərStar" müsabiqəsinin yetişdirdiyi sənətçilər var. Space TV haqqında danışanda ikiqat məsuliyyətli olmalıyıq. Bu, ən qocaman telekanallardan biridir".

Baş direktor son illərdə kanalda yaranan maddi problemlərə də toxunub:

"Obyektiv və subyektiv səbəblər olub. Subyektiv səbəblər səriştəsiz idarəetmə, yanlış addımlar və səhv qərarlar səbəbindən yaranıb. Xüsusilə son illərdə bu məsələlər ictimailəşmişdi. Biz mayda ora gələndə mart və aprel aylarının əməkhaqqı problemi var idi. İyun ayı da daxil olmaqla bütün ödənişləri həll etdik".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью