Yanmış meyit polisi çaşdırdı, çağırışa gələnlər heyrətləndi

01.04.2025

Icma.az bildirir, Azpost portalına istinadən.

Bavariyada yaşayış olmayan edilmiş binanın yaxınlığında itini gəzdirən yerli sakin qadın cəsədini görüb. O, dərhal polisə zəng vurub. 

AzPost Daily Mail-ə istinadən bildirir ki, polis dərhal ərazini bağlayıb və genişmiqyaslı əməliyat keçirib. Məhkəmə-tibb ekspertləri, kriminalistlər və 3D skanerləri olan dronlar – hamısı tam prosedura uyğun olaraq cəlb edilib.

İstintaqdan 5 saat sonra müstəntiqlərdən biri meyitin “qalıqlara” toxunub və bu zaman məlum olub ki, meyit hesab etdikləri yanmış və mavi IKEA çantasına bükülmüş “seks-kukla”dır.

Meyiti toplamaq üçün yola çıxan dəfn bürosunun gəlişi ləğv edilib və “qurban” polis tərəfindən aparılıb.

Alman mediası bunu son illərin ən absurd yalançı zəng  çağırışlarından biri adlandırıb.

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью