Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyanın bir nömrəli tennisçisi, italiyalı Yannik Sinner "Uimbldon 2025"in qalibi olub.
İdman.biz xəbər verir ki, o, finalda reytinqin ikincisi olan ispaniyalı Karlos Alkaraza 4:6, 6:4, 6:4, 6:4 hesabı ilə qalib gəlib.
Qarşılaşma 3 saat 6 dəqiqə davam edib.
23 yaşlı Sinner dördüncü dəfə "Böyük Dəbilqə" turnirlərinin çempionu olub. "Uimbldon"dakı titul onun peşəkar səviyyədə karyerasında 20-ci tituludur.
İdman.biz