Yannik Sinner Vyana turnirinin ilk oyununda Altmayeri darmadağın edib

22.10.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın ikinci raketkası Yannik Sinner Avstriyanın paytaxtı Vyanada keçirilən ATP-500 turnirinin ikinci mərhələsinə yüksəlib.

İdman.Biz bildirir ki, o, yarışın startında Daniel Altmayer (dünya reytinqində 51-ci) üzərində 6:0, 6:2 hesablı qələbə qazanıb.

Qarşılaşma 59 dəqiqə davam edib.

Vyanada keçirilən ATP-500 turnirinin ikinci turunda Yannik Sinner həmyerlisi Flavio Kobolli ilə qarşılaşacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью