Yannik Sinneri Adolf Hitlerə bənzədiblər

26.09.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtalyan reper Fedez yeni mahnısında dünyanın ikinci raketkası Yannik Sinneri Adolf Hitlerlə müqayisə edib.

İdman.biz “Corriere dello Sport”a istinadən bildirir ki, sənətçi sosial şəbəkədə mahnısından bir parça yerləşdirib və bu, tənqid dalğasına səbəb olub.

Mahnıda o, bir çox məşhur simalar haqqında aşağılayıcı ifadələr işlədir.

“İtalyanların yeni kumiri var - onun adı Yannik Sinnerdir. Adolf Hitler ləhcəli əsl italyan”, - “Corriere dello Sport” mahnının sözlərindən sitat gətirir.

Yannik Sinner Cənubi Tirolda doğulmasına baxmayaraq, özünü italyan kimi təqdim edir. Onun ailəsinin kökləri həm İtaliya, həm də Avstriyaya gedir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью