Yanoş Boka: “Avropa İttifaqı Trampla məsləhətləşməlidir”

17.01.2025

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

“Macarıstan hələlik Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərin uzadılıb-uzadılmaması barədə fikrini qətiləşdirməyib”

“Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların uzadılmasına qərar verməzdən əvvəl ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla məsləhətləşməlidir”. AYNA “Reuters”ə istinadən bildirir ki, bu sözləri Macarıstanın Avropa İttifaqı (Aİ) məsələləri üzrə naziri Yanoş Boka deyib.

Nazir vurğulayıb ki, Macarıstan hələlik Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərin uzadılıb-uzadılmaması barədə fikrini qətiləşdirməyib.

“Düşünürəm ki, biz onu daha altı ay uzatmaq qərarına gəlməzdən əvvəl ABŞ-ın yeni administrasiyasından sanksiyalar rejiminin gələcəyi ilə bağlı baxışlarının nə olduğunu soruşmalıyıq. Bu, təbiidir", - Boka bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью