Yanukoviçin keçmiş müavini İspaniyada öldürülüb

21.05.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanukoviç administrasiyası rəhbərinin keçmiş müavini İspaniyada öldürülüb.

APA İspaniyanın “Cadena SER” radiostansiyasına istinadən xəbər verir ki, Yanukoviçin keçmiş müşaviri Andriy Portnov Madriddə öldürülüb.

Qeyd edək ki, o 2006-2010-cu illərdə Radanın üzvü olub. 2010-cu ildə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini, Məhkəmə İslahatı və Məhkəmə Sistemi Baş İdarəsinin rəisi təyin edilib. 2014-cü ilin fevralına qədər Kiyevdə hakimiyyət dəyişikliyi baş verənə qədər o, administrasiya rəhbərinin birinci müavini vəzifəsində qalıb. 2014-cü ildən Ukraynanı tərk etdikdən sonra özəl hüquq fəaliyyəti ilə məşğul olub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью