Yanvar aprel ayları ərzində keçirilmiş elektron satınalmalar məbləğ üzrə 14 faiz artıb

22.06.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 22 iyun, AZƏRTAC

2026-cı ilin yanvar-aprel ayları ərzində keçirilmiş elektron satınalmalar ötən ilin analoji dövrü ilə müqayisədə say üzrə 14,2 faiz, məbləğ üzrə isə 13,9 faiz artıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bəhs edilən dövr ərzində açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,6 olub.

Rəqəmsallaşma satınalma proseslərini daha sürətli və nəzarət oluna bilən şəkildə həyata keçirməyə imkan verir, eyni zamanda xərclərin optimallaşdırılmasını təmin edərək resurslardan daha səmərəli istifadəni mümkün edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью