Yanvar aprel aylarında ƏƏSMN in fəaliyyət sahələri üzrə 201 min e arayış verilib | Icma.az
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cari ilin 4 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 201 min elektron arayış verilib.
Nazirliyin məlumatına görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s.
sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox e-arayış xidməti yaradılıb.
Bu e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s.
barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu