Yanvar avqust aylarında DSMF 1 milyard 503 milyon manat müavinət və təqaüd ödəyib

21.09.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə 1 milyard 503 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan 515 min nəfərə müavinət olaraq 844 milyon manat, 406 min nəfərə Prezident təqaüdü olaraq 542 milyon manat, 179 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 117 milyon manat ödəniş həyata keçirilib.

"Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 11 faiz, təqaüdlər üzrə 12 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 5 faiz çox olub. Bu ilin 8 ayında daha 98 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 977 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib",- məlumatda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью