Yanvar ayı ərzində zəhərlənənlərin sayı açıqlandı

05.02.2025

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvar ayı ərzində 102 nəfər zəhərlənib.

Bu barədə Teleqraf.com-a Klinik Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 48 nəfər dərmandan, 19 nəfər sirkə turşusundan, 5 nəfər botulizmdən, 3-ü spirtli içkidən, 1-i qidadan zəhərlənən şəxslərdir.

Həmçinin 8 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələrdən, 5 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə, 5 nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, allergik reaksiya zəhərlənmələrindən qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью