Yanvar ayında 16 aptekdə yoxlama aparılıb

03.02.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, yanvar ayı ərzində Bakı şəhəri üzrə 1, respublikanın digər şəhər və rayonlarında isə 15 aptek olmaqla ümumilikdə 16 aptekdə yoxlama aparılıb.

Aparılan yoxlamalar nəticəsində 9 aptekdə nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью