Yanvar ayında 45 min azərbaycanlı ölkəni quru yolla tərk edib Rəsmi

26.02.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bu ilin yanvar ayında Azərbaycana dünyanın 158 ölkəsindən 181,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com
xəbər verir ki, gələnlərin 23,4%-i Rusiya, 20,1%-i Türkiyə, 8,5%-i İran, 5%-i Hindistan, 4,9%-i Səudiyyə Ərəbistanı, 4,8%-i Gürcüstan, 3,7%-i Pakistan, 3,1%-i Qazaxıstan, 2,8%-i Özbəkistan, 2,7%-i İsrail, 2%-i Küveyt, 1,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4%-i Çin, hər birindən 1,3% olmaqla Türkmənistan və Ukrayna, 13,3%-i digər ölkələrin vətəndaşları olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,4%-i (131,6 min nəfər) hava, 26,3%-i (47,8 min nəfər) dəmir yolu və avtomobil, 1,3%-i (2,4 min nəfər) isə dəniz nəqliyyatından istifadə edib.                                                                          
2025-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı  isə 1,4% azalaraq 151,9 min nəfər olub. Vətəndaşlarımızın 35,8%-i Türkiyəyə (əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2% az), 15,8%-i Rusiyaya (1,5% çox), 12,3%-i İrana (13,3% çox), 9,8%-i Gürcüstana (17,6% az), 26,3%-i isə digər ölkələrə (1,1% az) gedib. 
2026-cı ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69%-i (104,8 min nəfər) hava, 29,5%-i (44,8 min nəfər) dəmir yolu və avtomobil, 1,5%-i (2,3 min nəfər) isə dəniz nəqliyyatından istifadə edib.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью