Yanvar may aylarında 35 min 515 mənşə sertifikatı verilib

01.07.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 1 iyul, AZƏRTAC

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən cari ilin yanvar-may ayları ərzində 35 min 515 mənşə sertifikatı verilib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,1 faiz artıb.

Mənşə sertifikatı malların mənşəyi və istehsalçısı barədə səhih məlumatlara çıxış imkanlarını təmin edir, ixracatçılar üçün idxalçı ölkələr tərəfindən tətbiq olunan güzəştlərdən yaralanmaq üstünlükləri verir və onların etibarlı mənbələrdən əldə olunduğunu təsdiqləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью