Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Reytinqin lideri daim isti havası ilə seçilən İspaniyanın Kanar adaları oldu.
Lent.az bu 10 məkanı təqdim edir: Yanvar adətən səyahət üçün “sönük” ay sayılır, çünki bir çox insanlar bayramlardan sonra əlavə xərclərə hazır olmur.
Lakin ekspertlərin fikrincə, ilin ilk ayı səyahətlər üçün ən sərfəli dövrlərdən biridir.
Dünyanın ən böyük turizm nəşri olan Lonely Planet Milad və Yeni il bayramlarından sonrakı səyahətlər üçün dünyanın ən yaxşı on məkanını müəyyən edib.
Kanar adaları ilin ideal başlanğıcı Siyahının başında isti iqlimi ilə tanınan Kanar adaları yer alıb.
Səyahət ekspertləri buranı Avropanın soyuq qışından qaçmaq üçün ideal yer kimi tövsiyə edir.
Yanvarda burada: Atlantik dalğalarında kitesörf və vindsörf, qızılı sahil boyunca piyada və velosiped turları, hətta vulkan mənzərələri üzərində gəzintilər üçün əlverişli hava olur.
“Yanvar Avropanın bu nadir isti guşəsində mövsümün zirvəsidir, buna görə də əvvəlcədən otel bronlamaq və ya üç kiçik Qərb adasını seçmək yaxşıdır: ucqar El-Yerro, yürüş həvəskarları üçün məşhur La-Qomera və ya yaşıllığı ilə valehedici La-Palma”.2026-cı ilin yanvarı üçün ən yaxşı 10 tətıl məkanı Kanar adaları, İspaniya – Avropa adalarında istirahət üçün.