Yanvarda aşkarlanan minaların sayı açıqlandı

21.01.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azad olunan ərazilərdə yanvarın 13-19-da 100 tank əleyhinə mina, 89 piyada əleyhinə mina, 192 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 601.8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью