Yanvarda bankların xalis mənfəəti 29% ə yaxın azalıb

25.02.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar ayında Azərbaycanda banklar 71 mln. manat xalis mənfəət əldə edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu isə ötən ilin eyni dövrünə nisbətən 28,7% və ya 28,6 mln. manat azdır. 2024-cü ilin yanvar ayında bankların xalis mənfəəti 99.6 mln. manat təşkil edib.

Bankların əməliyyat mənfəəti isə son bir ildə 143.6 mln. manatdan 122.5 mln. manata enib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью