Yanvarda sığorta bazarı 18% ə yaxın böyüyüb

24.02.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar ayında Azərbaycan sığorta bazarı üzrə yığımlar 17,6% və ya 24,5 milyon manat artaraq 163,66 milyon manata çatıb.

"APA-Economics"in sığorta şirkətlərindən əldə etdiyi məlumata görə, bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 22,8% artaraq 47,6 milyon manata yüksəlib.

Sığorta bazarının zərərlilik göstəricisi də artıb. Belə ki, ötən ilin ilk ayı ərzində toplanmış hər 100 manat sığorta haqqının 27,8 manatı ödənişə yönəldilibsə, bu ilin eyni dövründə bu rəqəm 29 manata yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью