Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Tyaqo Qabriel tezliklə klubunu dəyişə bilər.
"Football-plus.az" xəbər verir ki, İtaliyanın nəhəng klubları “Leççe”nin gənc müdafiəçisini hədəfə alıblar. “Tuttosport”un məlumatına görə, “Yuventus” və “Napoli” qış “transfer pəncərəsi”ndə 20 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırırlar.
Cari mövsümdə bütün turnirlərdə 15 oyunda meydana çıxan Qabriel 1 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.